Rusiya qoşunları Xerson-Nikolayev istiqamətində hücum zamanı Nikolayev vilayətinin inzibati sərhəddinə çatıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin 28-ci Mexanikləşdirilmiş Briqadasının bölmələri məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov brifinq zamanı bildirib ki, “Nikolayev vilayətinin 12 kvadrat kilometr ərazisi ələ keçirilib”.
O, əlavə edib ki, Xerson vilayətinin 36 kvadrat kilometr ərazisi, həmçinin Nikolayev vilayətinin Komsomolskoye qəsəbəsi də nəzarətə götürülüb.
Bizim.Media