Amerika Birləşmiş Ştatları Ukrayna ərazisində olan vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Bu, raket zərbələri təhlükəsinin artması ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri ABŞ-ın Ukraynadakı səfirliyinin bəyanatına istinadən yayıb.
“Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və hökumət obyektlərinə zərbələr endirmək üçün səylərini artırması barədə məlumat var.
Rusiyanın Ukraynaya endirdiyi zərbələr mülki əhali və mülki infrastruktur üçün daimi təhlükə yaradır. ABŞ səfirliyi Amerika vətəndaşlarını nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə təşviq edir”, - bəyanatda deyilir.
Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatları sonuncu dəfə iyulun 14-də Vinnitsa hücumundan sonra öz vətəndaşlarını Ukraynaya daxil olmamağa çağırıb.
Bizim.Media