ABŞ prezidentlərinin andiçmə mərasimləri haqqında bilmədiklərimiz

Tarix boyu ABŞ prezidentlərinin andiçmə mərasimində içkili vitse prezident, göyərçinlərin zəhərlənməsi və s. maraqlı faktlar baş verib. 

Bizim.Media xəbər verir ki, bu haqda “mentalfloss” saytı məlumat yayıb. 

Corc Vaşinqtonun andiçməsi 2 ayrı şəhərdə olub. Birincisi, 1789-cu ildə Nyu-York şəhərinin Federallar zalında, ikincisi isə 1793-cü ildə Filadelfiyada Konqres zalında baş tutub. 

O, birinci andiçməni keçirmək üçün borc pul alıb. Onun böyük torpaq sahələri olsa da əlində nağd pulu olmayıb. Hətta, birinci andiçmə zamanı Nyu-Yorka getmək üçün də borca pul götürüb. 

İndi andiçmələr 20 yanvar tarixində olur, lakin 1933-cü ilə qədər mart ayında həyata keçirilib.

ABŞ-ın ikinci prezidenti Con Adamsın ailə üzvləri andiçmədə iştirak etməyib. 

Tomas Ceferson və Con Adams çox yaxın dost olublar, hətta Şekspirin sevimli stolunu birgə oğurlayıblar. Ancaq Con Adams Cefersonun andiçməsinə gəlməyib.

Ceferson öz andiçmə mərasiminə sadə mülki geyimdə piyada gedən ilk prezident olub.
Ceyms Medison prezident kimi inauqurasiya mərasimindən sonra ilk andiçmə balladası təşkil edib. Balladaya giriş 4 dollar təşkil edib. 

Doli Medison isə mərasimdə iştirak edən ilk birinci xanım olub.  Con Kvinsi Adams mərasimdə ilk uzun balaqlı şalvar geyinən prezident olub. Zakari Taylor andiçmənin bazar gününə düşdüyü üçün tarixi dəyişib. 

Franklin Pirs andiçmədə Bibliyadan istifadə etməyən ilk prezident olub. Onun andiçmədən aylar əvvəl qatar altında ölən oğluna görə belə etdiyi deyilir. 

Ceyms Buçanan ikinci dəfə prezident seçkisində iştirak etməyəcəyini deyən yeganə prezident olub.

O, sözünün üstündə durub və ABŞ-ın ən pis prezidenti kimi tarixə düşüb. Andru Conson mərasim vaxtı şərxoş olan ilk prezident olub. Mərasimə gəlməmişdən əvvəl viski içib. Prezidentin birinci xanımı bu hərəkətdən utandığını deyib.

Hətta o qədər içkili olub ki, andiçmənin qaydalarına da əməl edə bilməyib. Avram Linkoln hamıya Andrunun içki içən insan olmadığını, yaxşı prezident olacağını deyib. Tedi Ruzvelt inauqurasiyada Avram Linkolnun üzüyünü taxaraq iştirak edib.

Voren G. Hardinq andiçmə mərasiminə avtomobili ilə gələn və gedən ilk prezident olub. 

Kalvin Kulic yeganə ABŞ prezidenti olub ki, andiçmə zamanı onun əvəzinə atası and içib. İkinci dəfə prezident seçiləndə isə onun əvəzinə köhnə prezident Uilyam Hovard Taft and içib. 

Uilyam Henri Harison mərasimdə 2 saat müddətində ən çox danışan prezident kimi tarixə keçib. 

İnauqurasiyada 135 sözdən ibarət olan ən qısa nitqi ilə yadda qalan Corc Vaşinqton olub. 

Dördüncü mərasimində Franklin D. Ruzvelt parad keçirməyən ilk prezident olub. Heri S. Trumanın mərasimi televiziya ilə ilk yayımlanan andiçmə olub. Lindon B. Conson təyyarədə andiçən yeganə president kimi tarixə düşüb. 

Riçard Nikson andiçmədə göyərçin görmək istəməyib. Belə ki, göyərçinlər zəhərlənərək öldürülüb. 13 min dollar sadəcə göyərçinlərin öldürülməsinə xərclənib. 

“Bleberry”, “Jelly Belly” və “Jelly Bean” ayaq üstü tükədilən lalaqillələr Ronald Reyqanın andiçməsi üçün ilk dəfə hazırlanıb. 

Bu lalaqillələr o vaxtdan brendləşib məşhurlaşaraq bütün ABŞ-da satılmağa başlayıb. 

Ronald Reyqanın ilk andiçməsində 1981-ci ildə normadan artıq isti olub. Yanvar ayı üçün 12 dərəcə isti anormal hava sayılır. 1985-ci ildə ikinci andiçmədə isə ən soyuq hava olub. 

Bil Klinton 1997-ci ildə andiçməsində pianino ifa edən ilk prezident olub. 

Çak Noris kiçik Corc Buşun andiçməsində prezidentin qonağı olub. Barak Obamanın andiçmə mərasimində rekord sayda insan qeydə alınıb. O, dörd dəfə and içən yeganə prezident olub. 

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

End of content

No more pages to load

RADİO