ABŞ-da naməlum şəxs avtomobilini Vaşinqtonda Kapitolinin (Amerika Konqresinin Binası) hasarına çırpıb, sonra isə havaya bir neçə dəfə atəş açıb və intihar edib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə informasiyanı yerli polis yayıb.
“Polis silah səslərini eşidəndə dərhal reaksiya verib və kişiyə yaxınlaşıb”, - məlumatda deyilir.
Kişinin özündən başqa heç kimin xəsarət almadığı, hüquq-mühafizə orqanlarının əməkdaşlarının ona atəş açmadığı dəqiqləşdirilir.
Hadisə ilə bağlı istintaq davam edir.
Bizim.Media