Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində xarici işlər, ticarət və nəqliyyat nazirliklərinin nümayəndələri görüşə bilər.
Bizim.Media xəbər verir ki, "Ulusal" telekanalı diplomatik mənbələrə istinadən görüşün Qarsda keçiriləcəyini açıqlayıb.
Görüşdə normallaşma prosesi ilə bağlı bir sıra texniki məsələlər müzakirə ediləcək. Bu məsələlər sırasında İğdır vilayətində iki ölkəni birləşdirən Əlican körpüsünü və ona gedən marşrutu təmir etmək də yer alacaq.
Bizim.Media