Ukrayna Müdafiə Nazirliyi Krımdakı hərbi aerodromda baş verən partlayışlarla bağlı videoçarx hazırlayıb.
Bizim.Media Ukraynaya məxsus Telegram kanalına istinadən xəbər verir ki, görüntülər qurumun “Twitter” səhifəsində yayımlanıb.
“Əgər hörmətli rusiyalı qonaqlar isti yay tətili günlərində narahat olmaq istəmirlərsə, Ukraynanın Krım bölgəsinə getməməyi tövsiyə edirik. Çünki günəşdən qorunmaq üçün heç bir krem onları icazəsiz yerlərdə siqaret çəkməyin zərərli təsirlərindən qoruya bilməz”, deyə qeyd edilib.
Bizim.Media