Sentyabrın 11-də Ukraynanın qismən işğal edilmiş Zaporojye vilayətində Rusiyaya birləşmək üçün səsvermə keçiriləcək.
Bizim.Media “RBC”ya istinadən xəbər verir ki, bunu işğal edilmiş ərazinin hərbi-mülki administrasiyasının qondarma rəhbəri Yevgeni Balitski yerli sakinlərlə söhbətində deyib.
Onun sözlərinə görə, səsvermənin gözlənildiyi kimi, kabinlər, seçki qutuları, şəxsən gələ bilməyən vətəndaşlar üçün evlərinə aparılmaqla keçirilməsi planlaşdırılır.
Y.Balitski kiberhücum təhlükəsi səbəbindən onlayn formatı çətin adlandırıb:
“De-yure” region hələ Rusiya Federasiyasına aid olmasa da, yerli “hakimiyyət” bunu çox istərdi. O, yerli sakinlərin mövqeyi barədə heç nə deməyib.
Bizim.Media