Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı paytaxtın hava limanında saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "RİA -Novosti” agentliyi yayıb.
Aleksey Navalnı "Şeremetyevo" Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.
Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.
Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.
O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb.
Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.
Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.
Bizim.Media