Moderator.az xəbər verir ki, futbolçu və Qabon hökuməti Fransanın “France Football”x9d jurnalının yaydığı məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
“Barselona”x9d klubunun forvardı jurnalın təkzib verməsini tələb edib. Qabonun Fransadakı səfirliyi isə yaydığı rəsmi açıqlamada Messiyə 1 dollar belə ödənilmədiyi, keçmiş klub yoldaşı Samuel Etonun təklifi ilə Qabona səfər etdiyi bildirilib.
Messinin Qabon ziyarəti başqa bir qalmaqalla da yadda qalıb. Futbolçunun üzünü təraş etməməsi və şortikdə ictimaiyyət qarşısına çıxması sərt tənqidlərə səbəb olub.
Müxalif UPG partiyasının cavabı isə daha tutarlı olub:
“Əgər sən Lionel Messisənsə, deməli, milyonçusan. Banan respublikası olsa belə, bu sənə dövlət səlahiyyətlilərinin qarşısına şortikdə, əlləri cibində çıxmağa əsas vermir. Qabon bir ölkədir, zoopark deyil. Argentinada Qabonu necə izah edirlər, bilmirik. Ancaq milli adət-ənənələrə hörmətsizlik edəni sərt şəkildə qınayırıq”x9d.