"Telegram" 12 milyon rubl (təxminən 333 min 600 manat) cərimələnə bilər.
Bizim.Media xəbər verir ki, buna səbəb "Telegram"ın Rusiyada ekstremist məlumatları və pornoqrafik məzmunlu paylaşımları silməməsidir.
Moskva məhkəməsinin bu məsələ üzrə iclası avqustun 16-na təyin edilib. Həmin gün "Telegram"ın digər inzibati protokolu da nəzərdən keçiriləcək. Bu qanun pozuntusuna görə isə mesencer ayrıca 4 milyon rubl cərimə edilə bilər.
Belə olduğu halda sosial şəbəkə ümumilikdə 12 milyon rubl cərimə ödəməli olacaq.
Bizim.Media