İstanbul boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, buna səbəb Misirdən Bolqarıstana gedən gəminin sıradan çıxmasıdır.
"Misirdən Bolqarıstana gedən 134 metrlik “Sparta” gəmisinin Sultan Səlim Yavuz körpüsü yaxınlığında mühərriki sıradan çıxıb. Hadisə yerinə “Kurtarma-12” və “Nazim Tur” gəmiləri göndərilib. Qəzaya görə İstanbul boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb", - deyə hadisə ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media