Ukrayna prezidenti Vladimir Zelenski taxıl daşınması prosesinə nəzarət üçün Odessa limanına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Vladimir Zelenskinin "Facebook" hesabında məlumat verilib.
“Biz Ukrayna taxılını ixrac etməyə hazırıq, tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Zelenski ilə yanaşı, limana G7 ölkələrinin səfirləri də gəlib.
Bizim.Media




