Ukraynanın Vinnitsa bölgəsində Moskva Patriarxlığının keşişi ilə Ukrayna Pravoslav Kilsəsinin keşişi arasında insident yaşanıb.
Bizim.Media “Korrespondent”ə istinadən xəbər verir ki, hadisə “Tomaşpol” cəmiyyətinin Yalanets kəndində həlak olan hərbçilərin dəfni zamanı baş verib.
Belə ki, keşiş Rusiyanı müharibədə ittiham etdiyinə görə Ukrayna Pravoslav Kilsəsinin keşişinə xaçla hücum edib.
Hadisə şahidləri tərəfindən lentə alınan video sosial şəbəkələrdə yayılıb.
Bizim.Media