ABŞ Prezidenti Co Bayden bu gün çinli həmkarı Si Cinpinlə telefonla danışıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, liderlərin 2 saata yaxın davam edən söhbəti zamanı iki ölkə arasında əlaqələr, Ukrayna və Tayvan məsələsi müzakirə edilib.
Çin lideri ABŞ Prezidentinə Tayvan məsələsi ilə bağlı xəbərdarlıq da edib.
O qeyd edib ki, ölkəsi Tayvanın daxili işlərinə qarışmağın qəti əleyhinədir və onun suverenliyini qətiyyətlə müdafiə edəcək. Si Cinpinin, “odla oynamaq özünü yandıracaq” sözləri ilə C.Baydeni hədələdiyi deyilir.
Bizim.Media