ABŞ Senatı Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınmasına çağırış edən qətnamə qəbul edib.
Bizim.Media “New York Times“a istinadən xəbərinə görə, qətnamə Rusiyanın Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada “saysız-hesabsız günahsız kişilərin, qadınların və uşaqların öldürülməsi” ilə nəticələnən fəaliyyətlərinə görə qəbul olunub.
Qətnamədə ABŞ Dövlət katibi Entoni Blinkenə Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanımağa çağırış edilib.
Nəşrin məlumatına görə, oxşar qətnamə nümayəndələr palatasına da təqdim edilib.
Bizim.Media