Ukrayna Hərbi Dəniz Qüvvələri taxıl ixracını davam etdirmək üçün Qara dənizdəki 3 limanda işlərin bərpa olunduğunu təsdiqləyib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələrinin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, taxıl daşınması üçün Odessa, Çernomorsk və Pivdennıy limanlarında işlər aparılır.
Bizim.Media