Bolqarıstanda oktyabrın ilk həftəsində növbəti parlament seçkiləri keçiriləcək.
Bizim.Media xəbər verir ki, yeni hökumət formalaşdırmaq mümkün olmayan ölkədə il yarımda dördüncü dəfə qanunverici orqana seçki keçiriləcək.
Qeyd edək ki, ötən yaydan başlayan etirazlar 3 dəfə parlament seçkilərinin keçirilməsi ilə nəticələnib.
Ukrayna münaqişəsi də ölkənin iqtisadi sisteminə mənfi təsir edib. Son 24 ilin ən ciddi inflyasiyası və rus qazından imtina daxili narazılıqları artırıb. (APA)
Bizim.Media