ABŞ Ukraynaya və münaqişədən təsirlənən digər ölkələrə dəstək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankına 500 milyon dollar ayırıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, vəsait enerji və ərzaq təhlükəsizliyinə, nəqliyyat infrastrukturuna investisiyalara, kənd təsərrüfatı istehsalçılarının və ixracatçılarının birbaşa maliyyələşdirilməsinə, əhalinin ən həssas təbəqələrinə, o cümlədən qaçqınlara yardıma yönəldiləcək.
Qeyd edək ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.
Bizim.Media