Rusiya prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kadırov öz Telegram kanalında yazıb.
O, əlavə edib ki, bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib.
"Mənim üçün Rusiya prezidentindən mükafat almaq ən böyük şərəfdir. Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm! Özüm üçün mükafatı avans kimi qəbul edirəm, bundan sonra da Çeçenistan Respublikasının və böyük vətənimiz Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəm”, - deyə Kadırov bildirib.
Bizim.Media