Rusiyanın "Utair" aviaşirkəti iyulun 28-dən etibarən Samaradan Bakıya uçuşlar yerinə yetirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə Samaradan saat 13:05-də, Bakıdan 16:05-də çıxacaq” – deyə məlumatda qeyd edilib.
Bizim.Media