Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlığı, eləcə də taxıl müqaviləsini müzakirə edəcəklər.
Bizim.Media "Kommersant"a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.
Mənbə yazır ki, iki ölkə liderləri avqustun 5-də görüşəcək.
Peskov bildirib ki, Rusiya və Türkiyə arasında bütövlükdə qarşılıqlı əlaqə “çox yüksək səviyyədədir”. O, Türkiyənin “Baykar Makina” şirkətinin istehsalı olan “Bayraktar TB2” hücum dronlarının istehsalı ilə bağlı əməkdaşlığın müzakirə edilib-edilməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.
Kreml sözçüsü onu da təsdiqləyib ki, başqa bir mövzu Ukrayna taxılının ixracı ilə bağlı razılaşdırılmış sövdələşmə olacaq.
Bizim.Media