Moderator.az xəbər verir ki, bu fikri Türkiyənin Baş nazirinin köməkçisi Bülənt Arınc AKP-nin Manisada keçirilən iftar süfrəsində səsləndirib. Baş nazir köməkçisi hesab edir ki, erkən seçki nə zaman olacaqsa, hədəf yenə təkbaşına iqtidara gəlməkdir. Koalision hökumət modelini rədd edən Arınc CHP və HDP-yə yönəlik ittihamlar səsləndirib. Onun dediyinə görə, hər iki təşkilat AKP və Ərdoğana olan nifrətə görə seçkilərdə mübarizə aparıb və onların təkbaşına hökumət qurmaq imkanı yoxdur.
“Biz bu işin niyə belə olduğunu anladıq, dostlar. Siz də anlamısınız. Artıq bizə düşən lazım olanı etməkdir. Yenə təkbaşına iqtidar olmalıyıq. Qarşıdakı seçkilərdə əlimizdən gələni edəcəyik”x9d, - deyə baş nazir köməkçisi vurğulayıb. B.Arıncın sözlərinə görə, parlament seçkilərində Ərdoğan hədəfə alınmışdı: “Tək məqsədləri bu idi ki, səni başqan olmağa qoymayacağıq. CHP bu məqsədlə digər partiyalarla, HDP ilə birləşmişdi. Yaxşı, seçki bitdi, sən təkbaşına hökumət quracaqsanmı? - Yox. HDP-yə Qəndildən deyirlər ki, heç bir hökumətlə bir yerdə olma. Biz xətalarımızı bilirik və növbəti seçkilərdə bütün yerlərdən, eləcə də Manisdan millət vəkillərimiz seçiləcək”x9d.