Polşanın “PT-91 Twardy” tankları artıq Ukraynaya gətirilib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak bildirib.
Polşa Milli Müdafiə Nazirliyinin Silahlanma Agentliyinin sözçüsü onların göndərildiyini təsdiqləyib.
O, tankların dəqiq sayını açıqlamasa da, boşluğun "tamamilə doldurulacağını" qeyd edib.
Xatırladaq ki, “PT-91 Twardy” Sovet T-72-nin yeni Polşa modifikasiyasıdır.
Bizim.Media
