Bahama Adaları Birliyinin sularında, Nyu Providens adası yaxınlığında miqrantları daşıyan gəmi çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Reuters” agentliyi yayıb.
Qeyd olunub ki, gəmi Haitidən olan miqrantları ABŞ-a aparırmış. İlkin məlumata görə, gəminin çeviriliməsi nəticəsində azı 16 nəfər ölüb, 21 nəfər isə xilas edilib.
Sahil mühafizəsi gəmidə olanların axtarışını davam etdirir.
Bizim.Media