Koronavirusa yoluxan ABŞ Prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Prezidenti koronavirusa YOLUXDU
“Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss etdi. Bu gün onlarla əlaqə saxlayacağam”- deyə, o bildirib.
Qeyd edək ki, ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.
Hazırda Bayden təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.
Bizim.Media