Böyük Britaniyanın baş naziri Boris Conson istefa verməzdən əvvəl Ukraynaya son səfər etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph”a mənbələr məlumat verib.
Nəşrin yazdığına görə, Conson Rusiya işğalı başlayandan bəri üçüncü dəfə Kiyevə səfər etmək niyyətindədir.
Gələn həftə o, yenidən Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.
“O, həqiqətən Zelenskinin ən böyük fanatı olduğunun məsuliyyətini hiss edir. Vəzifəsini tərk etməmişdən əvvəl Zelenskini yenidən görəcəyinə ümid edir”, - mənbə əlavə edib.
Bizim.Media