Bu gün Ukrayna Silahlı Qüvvələrində 38 mindən çox qadın xidmət edir.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, bu rəqəmin beş mindən çoxu hazırda cəbhə xəttindədir.
“38 min qadın hərbçidən əlavə, Ukrayna Silahlı Qüvvələrində hələ də mülki qadınlar çalışır. Ona görə də ümumilikdə Ukrayna Silahlı Qüvvələrində 50 mindən çox qadınımız var”, - deyə Malyar qeyd edib.
Bizim.Media