“Ukrayna silahlı qüvvələri Xerson vilayətində addım-addım irəliləyir və ərazini ruslardan azad edir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Ukrayna dövlətinin başçısı həmçinin qeyd edib ki, Rusiya qoşunları bölgədə möhkəmlənməyə çalışır.
Onun sözlərinə görə, əvvəllər ruslar müxtəlif səs-küylü bəyanatlar verə bilib, lakin bu, onlara kömək etməyib.
Bizim.Media