ABŞ-ın Vaşinqton ştatında ölümlə nəticələnən atışma baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat yayıb.
Renton şəhərindəki atışma zamanı 6 nəfəri güllə yarası alıb. Onlardan biri hadisə yerində ölüb, digərlərinə tibbi yardım göstərilib.
İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.
Bizim.Media