Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefola danışıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, söhbət zamanı Odessa limanının raket atəşinə tutulması müzakirə edilib.
H.Akar bildirib ki, Rusiya tərəfi bu hücumla heç bir əlaqəsinin olmadığını açıqlayıb.
O, bu hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.
Bizim.Media