Türkiydə “49” adlı filmin çəkiliş meydançasında dəhşətli hadisə baş verib.
Bizim.Media "Milliyet" qəzetinə istinadən xəbər verir ki, məşhur türk aktyoru İsmayıl Hacıoğlu səhnədə istifadə edilən partlayıcının vaxtından əvvəl işə düşməsi nəticəsində yaralanıb.
İ.Hacıoğluya hadisə yerində ilkin tibbi yardım göstərilib. Üzündə və bədənində xəsarətlər olan aktyor xəstəxanaya aparılıb.
Bizim.Media