Türkiyə Rusiya ilə Ukrayna arasında sülh əldə olunana qədər diplomatik səylərini davam etdirəcək.
Bizim.Media TRT-yə istindən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.
Dövlət başçısı bir gün əvvəl İstanbulda imzalanmış taxıl dəhlizi haqqında sazişin əhəmiyyətinə diqqət çəkib.
R.T.Ərdoğan qeyd edib ki, Ukrayna taxılının yaxın günlərdə başlayacaq dəniz daşımaları sayəsində Türkiyə qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcək.
Bizim.Media