Türkiyənin Bolu vilayətinin Yuva kəndində kütləvi zəhərlənənlər arasında ilk ölüm halı qeydə alınıb.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 49 yaşlı Əyyyub Ərdəm müalicə olunduğu Ankara şəhər xəstəxanasında dünyasını dəyişib.
Ən son məlumata görə, Boluda sudan zəhərlənənlərin ümumi sayı 123 nəfərə çatıb. Onlardan 17-si reanimasiyada olmaqla 54 nəfər xəstəxanalarda müalicə olunur.
Zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir.
Bizim.Media