Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri meymunçiçəyi virusunun sürətlə yayılmasını səhiyyə sahəsi üçün fövqəladə vəziyyət adlandırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Tedros Adanom Qebreyesus meymunçiçəyi epidemiyası riskinin Avropa ilə yanaşı, bütün dünya üçün keçərli olduğunu deyib.
Qeyd edək ki, sözügedən virus dünyanın bir sıra ölkələrində ölüm hallarına səbəb olur.
Bizim.Media