İranda son sutka ərzində 7851 yeni koronavirus xəstəsi aşkarlanıb, 31 nəfər bu virusdan dünyasını dəyişib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyi iyulun 22-də ölkədə 7851 yeni COVİD-19 xəstəsinin aşkarlandığını və onlardan 1164-nün xəstəxanalara yerləşdirildiyini açıqlayıb.
Məlumata görə, pandemiyanın başlanğıcından bəri ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 141.624 nəfərə çatıb.
Bizim.Media