İyulun 17-nə olan məlumata görə, Kiyev vilayətində rus ordusunun əli ilə həlak olmuş 1346 yerli sakinin cəsədi tapılıb, daha 300 nəfər itkin düşüb.
Bizim.Media “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov yayıb.
O, bazar günü milli telemarafonun efirində deyib:
"Bu günədək həlak olan 1346 nəfər dinc sakinimiz var. Onların əksəriyyəti odlu silahla öldürülüb".
Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil. Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.
Bizim.Media