Zaporojye vilayətinin ərazisində ruslar sərxoş halda dava salıblar. Çeçenlər və buryatlar isə spirtli içki qəbul etdikdən sonra öz aralarında atışıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna xüsusi xidmət orqanları yayıb.
Bütün bunlar bu həftə Tokmak döymə və ştamplama zavodunun ərazisində baş verib. Buryatlar və çeçenlər arasında münaqişə etnik zəmində yaranıb.
Mübahisə atışmaya çevrilib. Yaralıların dəqiq sayı hələlik məlum deyil.
Bizim.Media