İspaniyada anomal istilər səbəbindən 240-a yaxın insan həyatını itirib.
Bizim.Media EFE agentliyinə istinadən xəbər verir ki, iyulun 10-dan 14-dək havanın temperaturunun yüksək olması səbəbindən 237 nəfər ölüb.
Bildirilib ki, son günlər İspaniyada havanın temperaturu 40 dərəcədən yüksəkdir, bəzi bölgələrdə isə 45°-yə çatıb.
Bizim.Media