ABŞ-ın keçmiş prezidenti Barak Obamanın böyük qızı Maliya ötən gün Los-Ancelesdəki parkda gəzərkən görüntülənib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, qırmızı "oversize" şalvarda, böyük ölçülü mavi sviterdə Kaliforniya günəşində isinib.
24 yaşlı Malia keçən il Harvard Universitetini bitirdikdən sonra ssenarist kimi karyera qurmaq üçün Los-Ancelesdə köçüb.
O, hazırda Donald Qloverin "Amazon" layihəsində işləyir. Qlover əvvəllər bildirmişdi ki, Maliyanı heyrətamiz dərəcədə istedadlı və çalışqan qız hesab edir və onun üçün böyük peşəkar gələcək proqnozlaşdırır.
Rəşad Əliyev, Bizim.Media
