İspaniyada qatarlarda gediş haqqı ləğv ediləcək.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, Avropada baş verən enerji böhranı və yüksək inflyasiya səbəbindən belə qərar verilib.
Beləliklə, 2022-ci il sentyabrın 1-dən sərnişin qatarları ölkə əhalisi üçün ödənişsiz fəaliyyət göstərəcək.
İspaniya hökuməti digər ictimai nəqliyyatların gediş haqlarını da 50 faiz azaldacağını açıqlayıb.
Bizim.Media