ABŞ vətəndaşlarına təhlükəsizlik səbəbindən dərhal Ukraynanı tərk etməklə bağlı çağırış edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi açıqlama yayıb.
“ABŞ vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal bu ölkəni tərk etməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, bu gün Qərb mediasında Rusiyanın yenidən Kiyevə hücuma hazırlaşdığı barədə xəbərlər yayılıb.
Bizim.Media