"Biz hazırda Ermənistan-Türkiyə sərhədinə yaxın ərazidə minalardan təmizləmə işləri aparmırıq".
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O qeyd edib ki, bunla bağlı hökumətin siyasi mövqeyi və qərarı olmalıdır.
Xatırladaq ki, Türkiyə mediası iki ölkə sərhədi yaxınlığındakı İbiş kəndi ərazisində İsrail şirkətlərindən birinin nümayəndələrinin minalardan təmizləmə işləri apardığını yazmışdı.
Bizim.Media