"İŞİD liderinin öldürülməsi bölgədə qruplaşmanın fəaliyyətini azaldır".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
C.Bayden vurğulayıb ki, qruplaşmanın liderlərindən birinin məhvi İŞİD-in regionda planlaşdırma, resurslarla təminat və əməliyyatlar aparmaq imkanlarına ciddi zərbədir.
Qeyd edək ki, Pentaqon İŞİD lideri Mahir əl-Aqal Suriyada məhv edildiyini açıqlayıb.
Bizim.Media