Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.
"Prezident əmin olduğunu bildirib ki, gələcəkdə də sülh dövründə Ukrayna ilə Polşa arasında münasibətlər inkişaf edəcək və ölkələr daha da yaxınlaşacaq. Dövlət başçısı həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmlənəcəyinə əmindir",- deyə məlumatda bildirilib.
Bizim.Media