Amerika Televiziya Akademiyası illik "Emmy" mükafatlarına namizədlərin adlarını açıqlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, dram serialı kateqoriyasında aparıcı aktrisalar sırasına Sandra O ("Öldürən Həvva"), Riz Uizerspun ("Səhər şousu"), Codi Komer ("Öldürən Həvva"), Melani Linski ("Sarı gödəkçələr"), Zendaya ("Eyforiya") daxildir.
Elle Fanninq ("Böyük") komediya serialların ən yaxşı aktrisaları siyahısında yer alıb.
Kolin Fert "Pilləkan" filmindəki roluna görə "Ən yaxşı baş aktyor" nominasiyasında, Culia Garner ("Annanı kəşf edərək") isə qadınlar üçün eyni nominasiyada namizəd olub.
Kateqoriyaların hər biri üzrə qalibin kim olacağı sentyabrın 12-də, 74-cü "Emmy" mükafatlarının təqdim edilməsi zamanı bilinəcək
Rəşad Əliyev, Bizim.Media