Belarusiya Prezidenti Aleksandr Lukoşenko bəyan edib ki, Qərbin yürütdüyü siyasət dünyanı uçuruma aparır.
Bizim.Media TASS-a istinadən bildirir ki, o, bunun genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Baş verən hadisələr çoxqütblü dünya qurulması yolunda ciddi addımlardır. Bu, ABŞ-ın hegemonluğuna qarşı yönəlib. Qərb ölkələri hegemonluğu qorumaq üçün hərbi qüvvələri sayını artırırlar. Bizi əhatə edən ölkələr neonasist ideyaların və faşist rejiminin inkişafı üçün çalışırlar. Qərbin başlatdığı bu müharibənin qalibi olmayacaq”, - deyə A.Lukoşenko bildirib.
Bizim.Media