Vətən müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan türkiyəli aparıcı-jurnalist Fulya Öztürk yeni iş yeri məlum olub.
Bizim.Media xəbər verir ki, o, yenidən "CNN Türk"də fəaliyyət göstərəcək. Jurnalist bu barədə "İnstagram" hesabında məlumat paylaşıb.
"1 ildə çox şey öyrəndim... Ən böyük motivasiyam əl-ələ tutduğum insanlara göstərdiyimiz kömək idi...
Amma karyeramın bu istiqamətdə irəliləməsini istəmədim, çünki içimdəki coşqu, xəbərçilik duyğusu məni rahat qoymadı. Onsuz da proqramımda tez-tez meydanda olurdum. Aylar əvvəl qərar vermişdim ki, yeni mövsümdə gündüz proqramında olmayacağam.
Qərarımı elan etdikdən sonra bütün təklifləri dəyərləndirdim. 15 ildir böyük məmnuniyyətlə işlədiyim evimə qayıtmaq qərarına gəldim. Ünvanım "CNN Türk"dür", - deyə Fulya Öztürk yazıb.
Qeyd edək ki, Fulya bundan əvvəl "Fox TV"də yayımlanan "Fulya ilə umudun olsun" proqramının aparıcısı idi. Buna qədər isə o, "CNN Türk"də müxbir kimi fəaliyyət göstərib.
Bizim.Media
