Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə iki liderin telefon danışıqlarının yekunları üzrə Kremldən bildirilib.
"Yaxın zamanda keçirilməsi planlaşdırılan yüksək səviyyəli Rusiya-Türkiyə görüşü ərəfəsində liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələləri nəzərdən keçiriblər", - deyə Kremlin açıqlamasında deyilir.
Xatırladaq ki, bu gün Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bizim.Media