Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “The Wall Street Journal” qəzetinə müsahibəsində ölkə ordusunun əhəmiyyətli itkiləri haqda danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
"Biz bölmələrimizi təkmilləşdirməli, onları dəyişdirməliyik, çünki böyük itkilərimiz var", deyə Reznikov qeyd edib.
Nazirin fikrincə, hazırda Ukrayna tərəfdaşlarından çoxlu zirehli texnika və silah almalıdır:
“Prioritet avadanlıqlar siyahısına artıq Javelin və NLAW qısa mənzilli raket kompleksləri daxil deyil, indi Kiyevin uzaqmənzilli artilleriya qurğularına ehtiyacı var”.
“Biz bəzi istiqamətləri müəyyənləşdirməli, istehkamları qurmalı və əməliyyat strategiyasını yeniləməliyik”, - deyə Reznikov yekunlaşdırıb.
Bizim.Media