"Şri-Lankada baş verən hadisələrdən və davam edən etirazlarda artan zorakılıqdan narahatıq".
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Ölkənin üzləşdiyi ciddi siyasi və iqtisadi problemlərin həllinin sosial uzlaşmadan keçdiyinə inanırıq. Bu prosesdə bütün tərəfləri təmkinlə hərəkət etməyə və zorakılıqdan çəkinməyə çağırırıq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Şri-Lankda kütləvi etirazlardan sonra Baş nazir istefa verib. Etirazçılar Baş nazirin iqamətgahını yandırıblar.
Bizim.Media